ŞOK İDDİA: Ronaldo Avropaya qayıdır
Bizi izləyin

İdman

ŞOK İDDİA: Ronaldo Avropaya qayıdır

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo yenidən Avropaya qayıda bilər.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanından olan jurnalist Əlhaz Mutabın məlumat yayıb.

Onun sözlərinə görə, Ronaldo ilə "Bayer" maraqlanır. Qeyd olunur ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso 39 yaşlı futbolçunu Almaniyaya şəxsən dəvət etmək istəyir. İspaniyalı mütəxəssis təcrübəli keçmiş komanda yoldaşı Ronaldonun Bundesliqa və Çempionlar Liqasında "asprinlər"ə kömək edəcəyinə əmindir.

Kriştiano Ronaldo 2023-cü ildə azad agent kimi "Əl-Nəsr"ə keçib. Bu mövsüm Ronaldo bütün turnirlərdə 42 matçda iştirak edib, 42 qol vurub və 12 məhsuldar ötürmə edib.

Qeyd edək ki, 2009-2014-cu illərəd Xabi və Ronaldo komanda yoldaşı olublar.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm