Görün Lunyev “Qarabağ”da hansı məbləğə oynayır - Sabiq agenti açıqladı
Bizi izləyin

İdman

Görün Lunyev “Qarabağ”da hansı məbləğə oynayır - Sabiq agenti açıqladı

Futbol agenti Anton Smirnov keçmiş müştərisi, “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunevin maaşından danışıb.

Publika.az xəbər verir ki, Smirnov bu barədə “RB Sport”a müsahibəsində bildirib.

“Əvvəlcə “Qarabağ”ın bir illik müqavilə imzalamayacağı müzakirə olunurdu. Onlar gələcəyi görmək və kimə arxalanacaqlarını anlamaq istəyirdilər. Düşündülər ki, o, ili normal keçirsə, müqaviləni uzatmaq variantımız olsun. Maliyyə vəziyyəti acınacaqlı idi - 200 min avro (illik).

Amma müzakirə olunub ki, əgər hər şey qaydasına düşsə, dekabrda şərtlərə yenidən baxılacaq və təkmilləşdirilmiş şərtlərlə müqavilənin uzadılması təklif olunacaq. Hər kəs bu şərtlərin çox aşağı olduğunu bilirdi”, - Smirnov deyib.

Mayın ortalarında Lunev Smirnovla əməkdaşlığı dayandırıb.

Ötən mövsüm 32 yaşlı Andrey Lunev “Qarabağ”ın heyətində 32 oyun keçirib və 40 qol buraxıb. Onun ağdamlılarla müqaviləsi 2024-cü ilin iyun ayının 30-na kimi qüvvədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm