İdman
Bədii gimnastlarımız olimpiadaya lisenziya qazandılar

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Publika.az xəbər verir ki, yığmamız Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında buna nail olub.
Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib.
Yığmamız 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komandamız olimpiadaya vəsiqə qazanıb.
Qrup hərəkətləri komandası hər iki növdə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, bədii gimnastlarımızdan Zöhrə Ağamirova da fərdi yarışlarda Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?