Əfsanə vidalaşır: “Fənər”lə son matçına çıxacaq
Bizi izləyin

İdman

Əfsanə vidalaşır: “Fənər”lə son matçına çıxacaq

“Fənərbağça”nın 37 yaşlı müdafiəçisi Leonardo Bonuççi futbolla vidalaşdığını açıqlayıb.

Publika.az xəbər verir ki, klubun rəsmi saytına danışan əfsanə bu sözləri deyib:

“Bu ailənin bir hissəsi olmaq çox xoş idi. Meydanda və meydandan kənarda özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Son görüşümü keçirəcəyəm. Karyeramı kubokla başa vurmaq istəyirəm və hələ də çempion olmaq şansımız var”,

Bonuççi “Fənərbağça” ilə yanvarda müqavilə imzalayıb. Bundan əvvəl o, “Union Berlin”də üçün oynayıb. Leonardo karyerasının əsas hissəsini “Yuventus”da keçirib. Turin klubunda 12 mövsüm çıxış edib. O, “Milan” və “İnter” kimi klublarda da çıxış edib. 13 il İtaliya millisinin üzvü olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm