Görün Azar "Çelsi"də kimi baş məşqçi görmək istəyir
Bizi izləyin

İdman

Görün Azar "Çelsi"də kimi baş məşqçi görmək istəyir

"Çelsi"nin keçmiş futbolçusu Eden Azar klubun vəziyyəti barədə açıqlama verib.

Publika.az xəbər verir ki, o, Maurisio Poçettinonun London komandasının baş məşqçisi postunu tərk etməsini şərh edib:

“Düzünü desəm, bir az əsəbiləşdim. O, əla iş gördü. Bəli, insanlar “Çelsi”ni ilk 4-lükdə görmək istəyirlər, amma bu, keçid dövrüdür. Poçettino əla məşqçidir, ona uğurlar arzulayıram. Görək bundan sonra nə olacaq.

De Zerbinin "Çelsi"yə rəhbərlik etməsini istərdim? Ola bilər. Amma hələ də "Komo"da bir dostum var. O, baş məşqçi ola bilər”.

Qeyd edək ki, "Komo"nun baş məşqçisi "Çelsi"nin keçmiş oyunçusu Sesk Fabreqasdır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm