İctimaiyyət bütün həqiqəti bilməyəcək, lakin Assanjın azad edilməsi... - Şok detallar
Bizi izləyin

ABŞ

İctimaiyyət bütün həqiqəti bilməyəcək, lakin Assanjın azad edilməsi... - Şok detallar

"WikiLeaks"in qurucusu Culian Assanjın azadlığa buraxılması ABŞ prezidenti Co Baydenin xoşməramlı jesti olmalı və onun imicinə çalışmalı idi.

Publika.az xəbər verir ki, bunu rus politoloq Yevgeniya Voyko deyib.

Politoloqun fikrincə, ictimaiyyət bütün həqiqəti bilməyəcək, lakin Assanjın azad edilməsində hazırkı Amerika liderinin komandasının seçki marağı görünür. O qeyd edib ki, son bir il yarım ərzində Bayden Uqkrayna və Yaxın Şərqdəki vəziyyətə, həmçinin seçkiqabağı oğlu Hunterlə qalmaqala görə o qədər də əlverişli olmayan reputasiya qazanıb.

"Bunun fonunda Baydeni xoşməramlı jestlərə qadir olan mərhəmətli bir siyasətçi kimi göstərməyə ehtiyac var idi", deyə Voyko bildirib.

Assanjın daha əvvəl Londondakı Belmarş həbsxanasından buraxıldığı və Böyük Britaniyadan uçduğu bildirilmişdi. Jurnalistin azadlığa buraxılması barədə qərar ittiham tərəfi ilə ilkin razılıq əldə edildikdən sonra qəbul edilib. Şimali Mariana adaları məhkəməsində o, casusluqda günahını etiraf etdi və işə xitam verildi.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm