Ronaldonun komandası La Liqaya qayıtdı, toy-bayram etdi - VİDEO
Bizi izləyin

İdman

Ronaldonun komandası La Liqaya qayıtdı, toy-bayram etdi - VİDEO

İspaniya Sequndasının La Liqaya vəsiqə qazanan ilk klubu məlum olub.

Publika.az xəbər verir ki, əfsanəvi braziliyalı futbolçu Ronaldo Nazarionun sahibi olduğu "Valyadolid" olub.

41-ci turda “Valyadolid” “Vilyarreal B”ni məğlub edərək (3:2) turnir cədvəlində birinci yerə yüksəlib. Üçüncü sırada qərarlaşan “Eybar” isə “Sportinq”ə uduzaraq (0:1) Ronaldonun klubuna çatmaq şansını itirib. Bununla da “Valyadolid” bir il sonra La Liqaya qayıdıb.

Matçdan dərhal sonra Ronaldo və futbolçular bu uğuru təntənəli şəkildə qeyd ediblər. Hətta klub şou proqram belə təşkil edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm