Millimizin Avropa Çempionatı üçün heyəti açıqlandı
Bizi izləyin

İdman

Millimizin Avropa Çempionatı üçün heyəti açıqlandı

Azərbaycan milli komandasının minifutbol üzrə Avropa çempionatı üçün heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, baş məşqçi Elşad Quliyev Bosniya və Herseqovinada təşkil ediləcək qitə birinciliyinə 18 oyunçu aparacaq.

Qeyd edək ki, yığmamız Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Avstriya ilə qarşılaşacaq. Yarış iyunun 1-dən 8-nə kimi baş tutacaq.

Əlavə edək ki, millimiz sonuncu Avropa çempionatının qalibidir.

Millimizin heyəti:

Qapıçılar: Davud Kərimi (“Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”)

Müdafiəçilər: Müseyyib Vəliyev, Cəfər Cəfərov (hər ikisi “Birbaşa Bakı”), Tural Məmmədrzayev (“Odlar Yurdu”), Taleh Babayev (“Zirə”)

Yarımmüdafiəçilər: Elvin Əlizadə, Mirmehdi Rzayev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Ramiz Çovdarov, Mikayıl Əliyev (hər ikisi “Zirə”), Kamran Qürbətov (“Aznur”)

Hücumçular: Eşqin Tağıyev (“Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov, Rəvan Kərimov (hamısı “Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”).

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm