İspaniya millisinin Avro-2024 üçün heyəti açıqlandı
Bizi izləyin

İdman

İspaniya millisinin Avro-2024 üçün heyəti açıqlandı

İspaniya millisinin Almaniyada keçiriləcək Avropa çempionatı üçün genişləndirilmiş tərkibi açıqlanıb.

Publika.az xəbər verir ki, ilkin ərizəyə 29 oyunçu daxil edilib. AÇ-yə qədər 3 futbolçunun adı siyahıdan çıxarılacaq.

Qeyd edək ki, İspaniya millisi Xorvatiya, Albaniya və İtaliya ilə eyni qrupda yer alıb. Avro-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək

Qapıçılar: Unai Simon (Atletik), David Raya (Arsenal), Aleks Remiro (Real Sosyedad).

Müdafiəçilər: Dani Karvaxal (Real Madrid), Xesus Navas (Sevilya), Aymerik Laport (Əl-Nəsr), Robin Le Normand (Real Sosyedad), Dani Vivian (Atletik), Pau Kubarsi (Barselona), Alexandro Qrimaldo (Bayer Leverkuzen), Naço Fernandes (Real Madrid), Mark Kukurella (Çelsi).

Yarımmüdafiəçilər: Rodriqo Hernandes (Mançester Siti), Martin Subimendi, Mikel Merino (hər ikisi Real Sosyedad), Fabian Ruiz (PSJ), Aleks Baena (Vilyarreal), Markos Llorente (Atletiko), Pedri (Barselona), Qarsiya (Jirona), Fermin Lopes (Barselona).

Hücumçular: Lamin Yamal (Barselona), Niko Uilyams (Atletik), Dani Olmo (Leypsiq), Mikel Oyarzabal (Real Sosyedad), Pablo Sarabia (Vulverhempton), Xoselu (Real Madrid), Alvaro Morata (Atletiko Madrid), Ferran Torres ( Barselona), Axose Peres (Betis).

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm