Əfsanə narazılıq etdi: VAR vəziyyəti daha da pisləşdirdi
Bizi izləyin

İdman

Əfsanə narazılıq etdi: VAR vəziyyəti daha da pisləşdirdi

"Tottenhem"in və "Real"ın keçmiş yarımmüdafiəçisi Qaret Beyl VAR-ı tənqid edib.

Publika.az xəbər verir ki, uelsli veteran futbolçu sistemin matçlar zamanı vəziyyəti daha da pisləşdirdiyini deyib:

“VAR meydançadakı uyğunsuzluqları aradan qaldırmalı idi, lakin vəziyyəti daha da pisləşdirdi. Yavaş hərəkətdə hər şey real vaxtdan daha pis görünür. Belə olanda, əllə oyun həndbol kimi görünür. Bütün bunlar mənim xoşuma gəlmir”.

Qeyd edək ki, artıq İngiltərə Premyer Liqa klublarının növbəti mövsümdən etibarən videotəkrar sistemindən imtina etməyi düşündükləri barədə məlumatlar yayılıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm