Uğursuzluq seriyası 40 ilə çatdı
Bizi izləyin

İdman

Uğursuzluq seriyası 40 ilə çatdı

Almaniyanın Avro-2024-ün 1/4 finalında İspaniyaya uduzması ilə (1:2) ev sahiblərinin çempionat tarixindəki uğursuzluq seriyası davam edib.

Publika.az xəbər verir ki, meydan sahibləri artıq 40 ildir Avropa ev çempionatlarında qalib gəlmirlər.

1980-ci ildən - Avropa çempionatı final dördlük formatında deyil, tamhüquqlu turnir kimi keçirilməyə başlayandan bəri ev sahibi ölkə yalnız bir dəfə kuboku qazana bilib. 1984-cü ildə Fransa millisi tarixi uğura imza atdı.

Bundan sonra meydan sahibləri 2 dəfə finalda, 4 dəfə yarımfinalda uduzub və 5 dəfə qrupdan çıxa bilməyib. Almanlar da əlavə vaxtda İspaniyaya uduzaraq ənənəni poza bilməyiblər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm