İdman
Bu üç ölkə konfederasiyada birləşir
Qərbi Afrikanın üç ölkəsi - Burkina Faso, Mali və Nigerin səlahiyyətliləri Sahel Dövlətləri Konfederasiyasını yaratmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “France-Press” agentliyi bu dövlətlərin liderlərinin birgə bəyanatına istinadla məlumat yayıb.
Bəyanatda üç ölkənin daha geniş inteqrasiyaya doğru daha bir addım atmağa qərar verildiyi deyilir. “Bu məqsədlə Burkina-Faso, Mali və Niger konfederasiyanın yaradılması haqqında saziş imzalayıblar”, - məlumatda deyilir.
Bu, Burkina Faso, Mali və Niger liderlərinin iştirak etdiyi Sahel Dövlətləri Alyansının Niameydə keçirilən Birinci Zirvə Toplantısının nəticələrindən sonra baş verib.
Bundan əvvəl, 2024-cü il yanvarın 28-də Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən mümkün qədər tez çıxmaq üçün birgə qərar qəbul ediblər.
-
Magazin120:36
Aynur Dadaşova tanınmaz halda - FOTO
-
İKT19:48
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI
-
Magazin219:12
Məşhur müğənninin kürəkəni SAXLANILDI - FOTO
-
Kriminal18:24
Bakıda 22 il əvvəl 13 yaşlı qızı öldürənlər tutuldular - Biri anasıdır
-
Sosial18:00
Mənzil almaq istəyənlərin yeni ümidi: 2025-ci ildən...
-
Sosial17:38
Prezident təqaüdünə layiq görülən tələbələr - FOTO
-
Dünya17:32
ABŞ İsrailə "vur" deyir: Sonra da "humanitar yardım" göndərir
-
Sosial17:00
Abortlarla bağlı dəhşətli statistika: “Günahdır” deməklə məsələ həll olunmur