İdman
Bu ölkədə rus futbolçuları təhqir etdilər: Oyun yarımçıq qaldı
Oktyabrın 3-də Finlandiya çempionatının ikinci güclü divizionunda TPS və Jaro komandaları arasında keçirilən oyun azarkeşlərin şovinist qışqırıqları səbəbindən yarımçıq qalıb.
Publika.az xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
“Jaro”nun rusiyalı futbolçuları, qapıçı Sergey Lazarev və yarımmüdafiəçi Sergey Yeremenko azarkeşlərin təhqirinin qurbanı olub. Maraqlıdır ki, Yeremenko Finlandiya vətəndaşlığına malikdir. O, Finlandiya millisinin keçmiş oyunçuları Aleksey və Roman Yeremenkoların kiçik qardaşıdır.
Mühafizəçilər problem yaradanları müəyyən edib və rusları təhqir etməkdə xüsusilə fəal olan 7 azarkeşi tribunadan uzaqlaşdırıblar. TPS direktoru Kim Ekroos daha sonra pərəstişkarlarının davranışına görə rəsmi olaraq üzr istəyib.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Hadisə15:20
Azərbaycanda faciəli şəkildə ölən müstəntiqin FOTOLARI
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi