İngiltərə millisinin baş məşqçi postuna NAMİZƏD O OLDU
Bizi izləyin

İdman

İngiltərə millisinin baş məşqçi postuna NAMİZƏD O OLDU

Keçmiş futbolçu Qari Lineker İngiltərə millisinin baş məşqçisi postuna Frank Lempardın namizədliyini irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.

“Bu turnir Qaret Sautqeyt üçün sonuncu olacaq. Mən Frenk Lempardı görməməzlikdən gəlməzdim. Düşünürəm ki, o, taktiki cəhətdən başa düşür. Futbolçular dərhal ona hörmət edəcəklər”, - Lineker deyib.

Xatırladaq ki, Lempard İngiltərənin "Derbi Kaunti", "Everton" və "Chelsea" komandalarına rəhbərlik edib.

İngilislər AVRO-2024-ün 1/4 finalında İsveçrəyə qalib gəliblər. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Komandalar əlavə vaxtda qol vura bilməyiblər. Penaltilər seriyasında İngiltərə 5:3 hesabı ilə qalib gəlib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm