Türkiyə-Niderland oyununda nələr baş verib? - 54 nəfər saxlanılıb
Bizi izləyin

İdman

Türkiyə-Niderland oyununda nələr baş verib? - 54 nəfər saxlanılıb

Avro-2024-ün 1/4 final mərhələsinin Türkiyə - Niderland matçı öncəsi, zamanı və sonrasında baş verən iğtişaşlara görə 54 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Berlin polisi məlumat yayıb.

Bildirilib ki, bütün əməliyyatlar çərçivəsində azadlığın məhdudlaşdırılması və ya məhrum edilməsi ilə bağlı 54 tədbir görülüb. Polis orqanları tərəfindən sağlamlığa zərər vurma, əraziyə qanunsuz girmə, təhqir etmə, dələduzluq və narkotiklərlə bağlı qanun pozuntuları ilə bağlı 64 cinayət işi açılıb.

Baş verən hadisələr nəticəsində 2 asayiş keşikçisinin yaralandığı da bildirlir.

Qeyd edək ki, sözügedən görüş Niderland millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm