AÇ-2024-dən sonra dünyanın ən bahalı qapıçısı oldu
Bizi izləyin

İdman

AÇ-2024-dən sonra dünyanın ən bahalı qapıçısı oldu

Gürcüstan millisinin və “Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili 2024-cü il Avropa çempionatından sonra qiymətini 10 milyon avro artırıb.

Publika.az xəbər verir ki, hazırda nüfuzlu “Transfermarkt” statistik portalı 23 yaşlı qolkiperi 45 milyon avro qiymətləndirir.

“Transfermarkt”a görə dünyanın ən bahalı 10 qapıçısı:

Giorgi Mamardaşvili – 45 milyon avro (Gürcüstan).

Dioqo Kosta – 45 milyon avro (Portuqaliya).

Canluici Donnarumma – 40 milyon avro (İtaliya).

Qreqor Kobel – 40 milyon avro (İsveçrə).

Mik Maiqnan – 38 milyon avro (Fransa).

Quqlielmo Vikario – 35 milyon avro (İtaliya).

David Raya – 35 milyon avro (İspaniya).

Ederson – 35 milyon avro (Braziliya).

Andre Onana – 35 milyon avro (Kamerun).

Unai Simon – 30 milyon avro (İspaniya).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm