İdman
Tomas Bax: "İlk Avropa Oyunları gələcək yarışlar üçün böyük bir uğur hekayəsi olacaq"
"İlk Avropa Oyunları gələcək yarışlar üçün böyük bir uğur hekayəsi olacaq. Biz idmançıların, atletlərin Avropa Oyunlarında çox möhtəşəm nəticələr göstərəcəklərinə əminik".
Publika.az xəbər verir ki, bu barədə noyabrın 21-də Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının ilk işində çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.
Görülən işlərə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür edən Tomas Bax Avropa Oyunları ilə əlaqədar kifayət qədər zəngin mədəni tədbirlər proqramının hazırlandığını bildirib.
"Təbii ki, biz Baş Assambleyada bu yaxınlarda BMT tərəfindən
qəbul olunmuş davamlı inkişaf məqsədlərinə dair qətnaməni də
ətraflı müzakirə edəcəyik. Əlbəttə, Azərbaycanın, Azərbaycan
hökumətinin idmanın yüksəlişinə dəstəyinin BMT-nin inkişaf
məqsədlərinə daxil edilməsi ilə bağlı məsələlər də müzakirə
olunacaq.
Cənab Prezident İlham Əliyev, göstərdiyiniz qətiyyətə, yüksək
iradəyə və dünənki görüşümüzə görə Sizə bir daha minnətdarlığımı
bildirirəm.
Avropa idmanına gəldikdə isə, biz artıq uğurlu bir ilin sonuna
çatmışıq. Bildiyiniz kimi, ilin əvvəlində Soçidə çox mükəmməl Qış
Olimpiya Oyunları keçirildi. Qeyd etməliyəm ki, Soçi Olimpiadası
keyfiyyət baxımından əvvəlki Qış Olimpiya Oyunlarını üstələdi.
Bundan sonra Braziliyada futbol üzrə Dünya çempionatı keçirildi.
Amerika qitəsində keçirilən bu çempionatda Dünya Kubokunu, səhv
etmirəmsə, Avropa komandası qazandı. Bayaqkı təbriklərinizə görə
minnətdarlığımızı bildiririk”.
O qeyd edib ki, idman aləmində uğurlarla zəngin olan daha bir
ilimiz başa çatmaq üzrədir: “Biz qarşıdan gələn ildə keçiriləcək
Avropa Oyunlarından da qələbələr gözləyirik.
Siz doğru qeyd etdiniz, gələn ilin birinci yarısında Avstriyada və
Lixtenşteyndə Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı, ilk
Avropa Oyunları isə məhz burada, Bakıda keçiriləcəkdir. Ondan sonra
növbəti gənclər festivalı Gürcüstanın paytaxtı Tbilisidə təşkil
olunacaq. Gələn il də sözün əsl mənasında, gərgin qrafiki ilə
seçiləcək bir idman ili olacaq. Ümidvaram ki, bu idman yarışları
uğurla keçiriləcəkdir. İnanıram ki, 2016-cı ildə Rio-de-Janeyroda
keçiriləcək Yay Olimpiya Oyunlarına idmançıları yüksək səviyyədə
hazırlaşdıra biləcəksiniz. Çünki kifayət qədər vaxtınız var. Ümid
edirəm ki, həmçinin “Olimpiya-2020”-nin proqramını da ərsəyə gətirə
biləcəksiniz. Biz buna inanırıq. İki həftədən sonra Beynəlxalq
Olimpiya Komitəsinin Monte-Karloda keçiriləcək fövqəladə iclasında
“Olimpiya-2020”-nin proqramının təsdiq olunması gözlənilir.
Beləliklə, bizim 43-cü Baş Assambleyada çox məhsuldar və çox
maraqlı keçəcək müzakirələrdə sizin hamınıza uğurlar diləyirəm.
Ümid edirəm ki, bu il olduğu kimi, gələn il də idman yarışlarından
kifayət qədər zövq alacaqsınız. Qarşıdan gələn 2015-ci ilin Avropa
üçün çox uğurlu bir idman ili olacağına inanır və sizin hamınıza
uğurlar diləyirəm.
Ölkənizdə idmanla, gənclərlə bağlı görəcəyiniz bütün işlərdə, irəli
sürəcəyiniz təşəbbüslərdə sizin hamınıza bəri başdan uğurlar arzu
edirəm”.
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI