ABŞ "qızıl" yarışında Çini keçdi
Bizi izləyin

İdman

ABŞ "qızıl" yarışında Çini keçdi

Amerikalı Karolin Marks 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qadınlar arasında sörfinq üzrə qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, onun qələbəsi ABŞ-a medal sıralamasında Çini ötməyə imkan verib.

Gümüş medalı Amerikanın digər təmsilçisi Tatyana Veston-Webb qazanıb. İlk üçlüyü fransalı Johanna Defey tamamlayıb.

Marksın "qızılı" ABŞ komandası üçün 21-ci olub və amerikalılara medal sıralamasında Çini ötməyə imkan verib. Çin idmançıları da 21 qızıl medal qazandılar. Bununla belə, amerikalıların 30, çinlilərin isə 18 gümüş medalı var.

Qeyd edək ki, olimpiadaya avqustun 11-də yekun vurulacaq. Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarında amerikalılar 39 qızıl medal qazanaraq medal sıralamasında lider olublar. Çinlilərin bir "qızılı" az olub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm