90-cı illərin ən yaxşı ingilisləri: “10-luq”da sabiq “Qəbələ”li də var
Bizi izləyin

İdman

90-cı illərin ən yaxşı ingilisləri: “10-luq”da sabiq “Qəbələ”li də var

Böyük Britaniyanın “FourFourTwo” nəşri iyirminci əsrin son onilliyinin ən yaxşı ingilis oyunçularının reytinqini dərc edib.

Publika.az xəbər verir ki, siyahıya “Nyukasl”ın və İngiltərə millisinin əfsanəvi hücumçusu Alan Şirer başçılıq edir.

“İlk üçlük”də müvafiq olaraq Pol Qaskoyn və Devid Bekhem kimi unudulmaz adlar qərarlaşıb.

Dördüncü sırada qərarlaşan “Arsenal”ın əfsanəvi kapitanı Toni Adams isə Azərbaycan futboluna yaxı tanışdır. O, bir neçə il ərzində “Qəbələ”də müxtəlif vəzifələrdə çalışıb.

“FourFourTwo”ya görə 1990-cı illərin ən yaxşı 10 ingilis oyunçusu:

1. Alan Şirer

2. Pol Qaskoyn

3. Devid Bekhem

4. Toni Adams

5. Maykl Ouen

6. Yan Rayt

7. Endi Koul

8. Matt Le Tissyer

9. Teddi Şeringem

10. Pol Skouls

Oxumağa davam et
Reklam
Reklam

Gündəm