"Barselona"nın baş məşqçisindən REKORD
Bizi izləyin

İdman

"Barselona"nın baş məşqçisindən REKORD

"Barselona"nın yeni baş məşçqisi Hans-Diter Flik rekorda imza atıb.

Publika.az xəbər verir ki, o, buna La Liqanın üçüncü turunda "Rayo Valyekanonu"nu 2:1 hesabı ilə məğlub etməklə nail olub. Bu, kataloniyalıların cari mövsümdə ardıcıl üçüncü qələbəsidir. Almaniyalı mütəxəssis mövsümə 10 ildə ardıcıl üç qələbə ilə başlayan ilk "Barselona" məşqçisi olub.

Belə bir nailiyyəti sonuncu dəfə Luis Enrike 2014-cü ildə əldə etmişdi. Buna 1988-ci ildən başlayaraq Yohan Kroyff, Karles Resşax və Tito Vilanova nail olub.

Qeyd edək ki, “Barselona” 9 xalla İspaniya Primerasının turnir cədvəlinə başçılıq edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm