Ronaldo "ən gözəl final"la bağlı suala BELƏ CAVAB VERDİ
Bizi izləyin

İdman

Ronaldo "ən gözəl final"la bağlı suala BELƏ CAVAB VERDİ

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun portuqaliyalı hücumçusu Cristiano Ronaldo, onun üçün xüsusi finalın 2007/08 mövsümündə Moskvada keçirilən Çempionlar Liqasının finalı olduğunu söyləyib.

Publika.az xəbər verir ki, o, bu barədə Avropanın əsas turnirinin yeni püşkatma mərasimi zamanı danışıb.

"İnsanlar məndən xüsusi final haqda soruşduqda dərhal ağlıma Çempionlar Liqasındakı birincisi gəlir. 2008-ci ildə idi, mən “Mançester Yunayted”də oynayırdım. Sonra qalib gəldik. Oyunda qol vursam da, penaltilər seriyasında qol vurmadım", - Ronaldo deyib.

Xatırladaq ki, avqustun 29-da Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm