İtaliyada insident: Məşhur futbolçu silahlı quldurluğa məruz qaldı
Bizi izləyin

İdman

İtaliyada insident: Məşhur futbolçu silahlı quldurluğa məruz qaldı

“Napoli”nin yarımmüdafiəçisi David Neres İtaliya çempionatının 3-cü turunun “Parma” ilə oyunundan (2:1) sonra silahlı quldurluğa məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Neresin həyat yoldaşı sosial şəbəkədəki səhifəsində yazıb:

“David çöldə onu gözləyən azarkeşlərlə görüşə bilmədiyi üçün üzr istəmək istəyir. O, oyundan sonra stadionu tərk etmək istəyəndə motosikletdə olan iki nəfər onun avtomobilini vuraraq Davidi silah gücünə qarət edib”.

Xatırladaq ki, Neres “Napoli”yə 2024-cü ilin avqustunda “Benfika”dan keçib. Hazırda futbolçunun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm