Əfsanənin oğlunun debüt oyunundakı forması hərracda bu qiymətə satıldı
Bizi izləyin

İdman

Əfsanənin oğlunun debüt oyunundakı forması hərracda bu qiymətə satıldı

“Los Anceles Leykers”in 19 yaşlı basketbolçusu Bronni Ceymsin NBA Yay Liqasındakı debüt oyununda geyindiyi formanın alındığı məbləğ açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Sothbey’s” hərrac evinin rəsmi saytı məlumat yayıb.

Əfsanəvi kiçik hücumçu LeBron Ceymsin oğlu olan Bronniyə məxsus lot sentyabrın 13-də 38,4 min dollara satılıb.

Qeyd edək ki, Bronni NBA Yay Liqasında debütünü iyulun 12-də “Hyuston Rokets” ilə matçda edib. “Leykers” bu oyunu 80:99 hesabı ilə uduzdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm