Futbol tarixinin ən yaxşı hakimləri: Əfsanə birinci, Çakır isə... - SİYAHI
Bizi izləyin

İdman

Futbol tarixinin ən yaxşı hakimləri: Əfsanə birinci, Çakır isə... - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tarixin ən yaxşı hakimlərinin reytinqini tərtib edib.

Publika.az xəbər verir ki, birinci sırada 191 xalla 1998-2003-cü illər arasında 6 dəfə “Dünyanın ən yaxşı hakimi” mükafatını alan italiyalı Pyerluici Kollina qərarlaşıb.

İkinci yerdə almaniyalı Markus Merkdir. O, Kollinadan 7 xal az toplayıb. Merkin həmyerlisi Feliks Briç 161 xalla üçüncüdür.

"İlk onluq"da beynəlxalq hakimlik karyerasında debütünü Azərbaycanda edən türkiyəli Cüneyt Çakır da qərarlaşıb. O, siyahıda 140 xalla 8-cidir.

"Futbol tarixin ən yaxşı hakimləri" siyahısı ədalət təmsilçilərinin IFFHS tərəfindən 1987-ci ildən 2022-ci ilə qədər açıqlanan illik reytinqlərinə əsasən tərtib edilib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm