Messi dubl etdi, "İnter Mayami" çempion oldu
Bizi izləyin

İdman

Messi dubl etdi, "İnter Mayami" çempion oldu

ABŞ-da MLS-in adi mövsümündə liqanın hazırkı qalibi "Kolumbus Kruy" və "İnter Mayami" arasında matç baş tutub.

Publika.az xəbər verir ki, görüş "İnter"in 3:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Lionel Messi dubla imza atıb. Digər qolu isə Luis Suares vurub.

Bu qələbə sayəsində Devid Bekhemin sahibi olduğu komanda 68 xalla liderliyini möhkəmlədib. Bununla komanda son 2 tur öncəsi müntəzəm çempionatda çempionluğu rəsmiləşdirib. Çünki ikinci sırada qərarlaşan "Los Ancelek Qalaksi"nin aktivində 58 xal var. Komandanın Mayami təmsilçisinə çatmaq ehtimalı artıq yoxdur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm