MY tarixi ənənəni pozdu: Əfsanəyə qadağa qoymaqla
Bizi izləyin

İdman

MY tarixi ənənəni pozdu: Əfsanəyə qadağa qoymaqla

"Mançester Yunayted" rəhbərliyi klubun uzun illərdir davam edən ənənəsini pozub.

Publika.az xəbər verir ki, komandanın əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyusondan "Old Trafford"da soyunub-geyinmə otağına girməməsi tələb olunub. Bu barədə "Daily Mail" məlumat yayıb.

Bundan sonra Ferqyusonun və “Mançester Yunayted”in futbol şurasının digər üzvlərinin komandanın soyunub-geyinmə otağına girməsinə icazə verilməyəcək.

Klub informasiyanı inkar edir. Lakin indi soyunub-geyinmə otağına kimin gedə biləcəyi ilə bağlı kollektiv anlaşmanın olduğunu deyir.

Ferqyuson "Mançester Yunayted" tarixinin ən uğurlu məşqçisidir - 38 kubok. O, 2013-cü ildə təqaüdə çıxıb.

Qeyd edək ki, Cim Ratkliffin təmsil etdiyi “Mançester Yunayted”in yeni rəhbərliyi xərclərin azaldılması proqramı çərçivəsində Ferqyusonu klubun beynəlxalq səfiri vəzifəsindən də məhrum edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm