İdman
Rafael Varan: 11 il bir dizimlə oynamışam
Keçmiş futbolçu Rafael Varan maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, fransalı dünya çempionu son 11 ildə dizindəki zədə ilə oynadığını deyib:
“Dizim mənə “bəsdir” dedi və mən ona qulaq asmalı oldum. 20 il sağ dizimdən asılı qalan "damokl qılıncı" ilə oynadım. Necə oynadım? Böyük zəhmət, fədakarlıq və qayğı ilə.
Psixoloji olaraq meydana çıxdım və heç kimə deyə bilmədim ki, yalnız bir dizim işləyir. Bilirdim ki, daha çox xəsarət ala bilərəm, amma biz daim nəyisə riskə atırıq. Biz ömrümüz boyu ağrı ilə oynamağa öyrəşmişik”.
Qeyd edək ki, Rafael Varan daimi zədələr səbəbindən 31 yaşında karyerasını başa vurub. O, "Lans", "Real" və "Mançester Yunayted"də çıxış edib. 2024-cü ilin yayında İtaliyanın "Komo" klubuna keçsə də, yeni komandasında cəmi 23 dəqiqə meydanda olub.
Fransa millisinin sabiq üzvü 2018-ci ildə "xoruzlar"la dünya çempionu olub.
Heybət
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO