Futbol tarixinin ən yaxşı komandaları açıqlandı
Bizi izləyin

İdman

Futbol tarixinin ən yaxşı komandaları açıqlandı

Müxtəlif futbol mövsümlərindən doqquz klubun yer aldığı tarixin ən yaxşı komandalarının reytinqi açıqlanıb.

Publika.az xəbər verir ki, "GiveMeSport"un tərtib etdiyi siyahıda bir mövsümdə qazanılan kuboklar, komandanın oyunçularının statusu və oyun tərzi nəzərə alınıb.

Reytinqə 2008/09 mövsümünün "Barselona"sı başçılıq edir. Ötən əsrin 71-72-ci illərinin "Ayaks"ı ikincidir. "İlk üçlüy"ü "Real"ın 1956/57 mövsümündəki komandası qapayır.

Maraqlı məqam odur ki, Madrid klubu 9 komandalıq siyahıda 2 yer tutur. "Qalaktikos"un 2016/17 mövsümündəki komandası da reytinqdə 4-cüdür.

"Barselona" - ​​2008/2009 mövsümü
"Ayaks" - 1971/1972 mövsümü
"Real" - 1956/1957 mövsümü
"Real" - 2016/2017 mövsümü
"Mançester Yunayted" - 1998/1999 mövsümü
"Mançester Siti" - 2022/2023 mövsümü
"İnter" - 1964/1965 mövsümü
"Liverpul" - 1976/1977 mövsümü
"Benfika" - 1960/1961 mövsümü

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm