Premyer Liqa "Siti"nin qalmaqallı qolu ilə bağlı açıqlama yaydı
Bizi izləyin

İdman

Premyer Liqa "Siti"nin qalmaqallı qolu ilə bağlı açıqlama yaydı

FOT

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində "Vulverhempton" və "Mançester Siti" komandaları qarşılaşıb

Publika.az xəbər verir ki, qonaqların müdafiəçisi Con Stounz 90+5-ci dəqiqədə fərqlənərək, "şəhərlilər"ə 2:1 hesablı qələbə qazandırıb. Maraqlıdır ki, hakim əvvəlcə qolu ləğv etsə də, VAR müdaxiləsindən sonra qol qeydə alınıb.

İngiltərə Premyer Liqası mübahisəli qolla bağlı açıqlama yayıb:

“Stounsun qolu Bernardo Silvanın oyundankənar vəziyyətdə olması və qapıçıya müdaxilə etməsi səbəbindən alınmadı. VAR hesab edib ki, Silvanın mövqeyi qapıçının topa dəyməsinə mane olmur, ona görə də qol hesaba alınıb. Arbitrin ilkin qərarı dəyişdirilib”.

Qeyd edək ki, bu qələbədən sonra 20 xalı olan “Mançester Siti” ikinci pillədə qərarlaşıb. “Vulverhempton” isə turnir cədvəlini sonuncusudur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm