Əfsanəvi futbolçu bu idman növündə debüt edir - FOTO
Bizi izləyin

İdman

Əfsanəvi futbolçu bu idman növündə debüt edir - FOTO

"Mançester Yunayted"in və "Atletiko"nun sabiq hücumçusu Dieqo Forlan peşəkar tennisdə debüt edir.

Publika.az xəbər verir ki, 45 yaşlı uruqvaylı veteran futbolçu noyabrın 11-dən 17-dək Montevideoda keçiriləcək "Çellencer" seriyalı turnirdə iştirak edəcək. O, yarışda cütlərin mübarizəsində argentinalı Federiko Koriya ilə birgə çıxış edəcək.

"Bu il "Uruguay Open"də inanılmaz duetimiz olacaq. Argentinalı tennisçi Federiko Koria və keçmiş uruqvaylı futbolçu Dieqo Forlan", - deyə turnirin mətbuat xidmətindən bildirilib.

Forlan 2019-cu ildə futbolçu karyerasını başa vurub. O, “İnter”, “Vilyarreal”, “İnternasional”, “Penarol” kimi komandalarda da çıxış edib. Uruqvaylı “Mançester Yunayted”lə İngiltərə çempionu, “Atletiko”yla Avropa Liqasının qalibi olub. Forlan Uruqvay millisi ilə birlikdə 2011-ci ildə Amerika Kubokunu qazanıb və 2010-cu ildə Dünya Kubokunda dördüncü yeri tutub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm