Daha bir futbolçu təcavüz ittihamı ilə həbs olundu
Bizi izləyin

İdman

Daha bir futbolçu təcavüz ittihamı ilə həbs olundu

Çili millisinin sabiq yarımmüdafiəçisi Xorxe Valdivia təcacüz iddiaları ilə bağlı aparılan araşdırmaya qədər 90 gün həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

41 yaşlı Valdiviya tatu ustasını zorlamaqda ittiham edilir. Qadın məhkəmədə deyib ki, Santyaqoda bir restoranda tanış olublar. Orada spirtli içki qəbul ediblər və bundan sonra nə baş verdiyini xatırlamır. Eyni zamanda, o, mənzilində ağrı ilə oyandığını iddia edir.

Hazırda radio və televiziyada şərhçi kimi çalışan keçmiş futbolçunun vəkili cinsi əlaqənin konsensual olduğunu iddia edir və məhkəmənin Valdiviyanın həbsinə dair qərarından şikayət etməyi planlaşdırır.

2022-ci ildə karyerasını başa vuran Valdivia millinin heyətində 79 oyuna (7 qol) çıxıb və 2015-ci ildə Amerika Kubokunun qalibi olub. Braziliyada "Palmeyras"ın heyətində 200-dən çox oyun keçirib. "Kolo-Kolo" ilə 2 dəfə Çili çempionu olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm