Məşhur futbolçu xəyalındakı evi tikir: Bu qiymətə başa gələcək
Bizi izləyin

İdman

Məşhur futbolçu xəyalındakı evi tikir: Bu qiymətə başa gələcək

“Mançester Yunayted”in futbolçusu Markus Reşford xəyalındakı qolf meydançası olan evi tikməyi planlaşdırır.

Publika.az xəbər verir ki, artıq ona 1,5 milyon funt sterlinq sərmayə qoyub.

Evdə 5 yataq otağı, 2 hovuz, oyun otağı və istirahət zonası olacaq. Yerli sakinlər evin tikintisinin tam başa çatmadığını bildiriblər. Evin içində çox iş qalıb və hələ heç nə görünmür. Təkcə qolf meydançasının saxlanmasının xərci ildə 150.000 funt sterlinq olaraq qiymətləndirilir.

Bu mövsüm futbol meydançasında Reşford üçün işlər yaxşı getmir. Futbolçu çoxlu tənqidlərə məruz qalır. Markus Premyer Liqada 8 oyun keçirsə də, cəmi 1 qol vura bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm