İdman
Rodri ilklərə imza atdı: "Siti"nin tarixinə düşdü, 64 illik həsrətə son qoydu
Parisdə “Qızıl top”un təqdimetmə mərasimi keçirilib. Mükafatı "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanıb.
Publika.az xəbər verir ki, o, Kriştiano Ronaldodan sonra Premyer Liqadan "Qızıl top"u qazanan ilk futbolçu olub. Həmin vaxt “Mançester Yunayted”də çıxış edən portuqaliyalı ulduz 2008-ci ildə bu mükafata layiq görülüb.
Rodri "Qızıl top"u qazanan üçüncü ispan futbolçudur. 1957 və 1959-cu illərdə Alfredo Di Stefano, 1960-cı ildə isə Luis Suares bu mükafata layiq görülüb. O, ispanların 64 illik həsrətinə son qoyub.
İspaniyalı yarımmüdafiəçi eyni zamanda mükafatı qazanan ilk “Siti” oyunçusu kimi də tarixə düşüb.
Qeyd edək ki, Rodri "Mançester Siti" ilə Premyer Liqanın çempionu və İspaniya millisinin heyətində Avro 2024-ün qalibi olub.
Heybət
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı