“Yunayted”in yeni baş məşqçisinə pis xəbər: Pul olmayacaq
Bizi izləyin

İdman

“Yunayted”in yeni baş məşqçisinə pis xəbər: Pul olmayacaq

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim yanvarda yeni oyunçuların alınması üçün məhdud transfer büdcəsi alacaq.

Publika.az xəbər verir ki, buna səbəb ten Haqın vaxtında külli miqdarda vəsaitin sərf edilməsidir. 2022-ci ildən bəri “Yunayted” yeni transferlərə təxminən 600 milyon funt-sterlinq xərcləyib.

Klubun artıq yeni oyunçular almaq imkanı yoxdur, ona görə də Amorimə təyinatdan əvvəl bildirilib ki, o, hazırkı oyunçu seçimi ilə işləməli olacaq.

Təkcə ötən yay Mançester klubu 200 milyon funt-sterlinq xərcləyib. Komanda turnir cədvəlində 14-cü yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm