İdman
İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçular - SİYAHI
İxtisaslaşdırılmış “Spotrac” saytı İngiltərə Premyer Liqası oyunçularının illik maaşlarını dərc edib.
Publika.az xəbər verir ki, ən çox maaş alan futbolçu “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruynedir. O, ildə 24,79 milyon avro qazanır. Belçikalı yarımmüdafiənin klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.
“Siti”nin norveçli hücumçusu Erlinq Haaland 23,24 milyon avro maaşla Kevin De Bruynedən bir qədər geri qalır.
“Mançester Yunayted”də çıxış edən braziliyalı Kasemiro və “Liverpul”dan misirli Salah hərəyə 21,69 milyon avro məvacib alır.
Premyer Liqada ən çox maaş alan oyunçuların “beşliy”ini “Çelsi”dən “Arsenal”a icarə əsasında keçən Rahim Sterlinq tamamlayır. Onun maaşı 20,14 milyon avro olsa da, bu məbləğin əhəmiyyətli bir hissəsini “zadəganlar” ödəyir.
1. Kevin De Bruyne (Mançester Siti) – 24,79 milyon avro
2. Erlinq Haaland (Mançester Siti) – 23,24 milyon avro
3-4. Kazemiro (Mançester Yunayted) – 21,69 milyon avro
3-4. Məhhəməd Salah (Liverpul) – 21,69 milyon avro
5. Rahim Sterlinq (Çelsi/Arsenal) – 20,14 milyon avro
6-8. Bernardo Silva (Mançester Siti) – 18,59 milyon avro
6-8. Cek Qriliş (Mançester Siti) – 18,59 milyon avro
6-8. Markus Reşford (Mançester Yunayted) – 18,59 milyon avro
9. Kay Haverts (Arsenal) – 17,35 milyon avro.
10. Qabriel Jesus (Arsenal) – 16,42 milyon avro.
-
Hadisə08:15
Bakı-Sumqayıt qatarları gecikir - Nə baş verib?
-
ABŞ08:10
Zelenski Trampla danışdı
-
İdman02:43
Mahirin eşq yaşadığı xanım kimdir? - FOTO
-
Magazin101:30
Hüseyn "Tesla" avtomobili ilə Bakı küçələrində - VİDEO
-
Qoroskop00:12
Günün qoroskopu: sizi sürprizlər və xoş hadisələr gözləyir
-
Magazin16 Noyabr 23:38
Üzeyir bu məşhurun toyuna 8 min manat pul yazdırdı
-
Magazin26 Noyabr 22:44
60 yaşlı Monika Belluççi bu pozaları ilə gündəmə gəldi - FOTOLAR
-
Hadisə6 Noyabr 22:32
Azərbaycanda hərbçilər zəncirvari qəzaya düşdü