İdman
"Sumqayıt"ın prezidenti jurnalistləri hədəf aldı: Prokurorluğa müraciət etdi
Azərbaycan futbolunda növbəti qalmaqal yaşanır.
Publika.az xəbər verir ki, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev onun klubdakı fəaliyyətini tənqid edən iki idman jurnalistini "Sports.az" və "Matç.az" saytlarının baş redaktorları - Anar Şabanoğlu və İxtiyar Əsgərovdan Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət edib. Rəfiyev şərəf və ləyaqətini alçaldığını iddia edib.
Riad Rəfiyevin tələbi saytlarda yayımlanan yazıların silinməsi, təkzib verilməsi və üzr istənilməsidir.
Prokurorluğa dəvət edilən baş redaktorlara xəbərdarlıq edilib və 20 sutkaya qədər həbs oluna biləcəkləri bildirilib.
Məsələ ilə bağlı "Sports.az" saytının baş redaktoru Anar Şabanoğlunun mövqeyini öyrəndik. O, Publika.az-a açıqlamasında bunları dedi:
"Tamamilə əsassız, şər-böhtanla dolu bir şikayətdir. Tənqidi yazılara görə idman jurnalistlərindən prokurorluğa şikayət edilməsi ilk dəfədir. Riad Rəfiyev çox təhlükəli bir presedentin əsasını qoyur. Amma "Sumqayıt"ın prezidentinin jurnalistlərin peşə fəaliyyətinə mane olmaq, azad sözü boğmaq cəhdləri bumeranq effekti verəcək və artıq verir. Bütün media, sosial şəbəkələr onun addımını kəskin şəkildə tənqid edir. Rəfiyevin yeni-yeni bəd əməlləri ortaya çıxır. Azərbaycan demokratik ölkədir. Əminəm ki, yekunda ədalətli qərar veriləcək".
Qeyd edək ki, adətən bu kimi məsələlər məhkəmə subyektində həllini tapır. Şikayətçi tərəf məhkəməyə müraciət edir və kimin haqlı-haqsız olduğuna orada qərar verilir. "Sumqayıt"ın prezidenti Riad Rəfiyev isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etməklə "ilkə imza atıb".
Heybət
-
Kriminal14:36
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi: anası isə... - Şok təfərrüat
-
Sosial13:48
Əhaliyə xəbərdarlıq: noyabrın 8-i axşamdan...
-
İdman13:04
Çempionlar Liqasının kraliçası: Görün nə qədər pərəstişkarı var - FOTOLAR
-
Rəsmi xronika12:10
İlham Əliyev bu yolun açılışını etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11:26
Prezident yeni yolda maşın sürdü - FOTO
-
ABŞ10:42
Yeni prezident, köhnə hesab: ABŞ-ın dövlət borcu görün nə qədər oldu
-
MDB09:48
Rusiya türkləri deportasiya edir: Əvəzində bu ölkədən işçilər cəlb edəcək
-
Region09:12
Köçəryan komandasını topladı: Nə planlaşdırırlar?