İdman
Reynaldo üçün Avroliqanın qrup mərhələsi bitib
“Qarabağ”ın hücumçusu Reynaldo “Bakı”yla matçda aldığı zədəyə görə Avropa Liqasının qrup mərhələsində baş tutan “Sent-Etyen”lə oyunda (1:1) komandasına kömək edə bilməmişdi.
“Sambaçı”nın zədələndiyi məlum olanda onun təxminən 10 gün yaşıl meydanlardan kənar qalacağı deyilirdi. Məntiqlə, Reynaldo “İnter”lə dekabrın 11-də keçiriləcək oyunda meydana çıxmalı idi. Hamını maraqlandıran bu məsələyə aydınlıq gətirmək üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq.
Publika.az-a açıqlamasında “Qarabağ”ın rəsmisi braziliyalı forvardın durumuyla bağlı bunları söylədi:
“İlkin yoxlamalardan sonra Reynaldonun 10 gün komandaya kömək edə bilməyəcəyi gözlənilirdi. Sonradan məlum oldu ki, o, 4 həftə istirahət etməlidir. Artıq iki həftə geridə qalıb. Reynaldo daha iki həftə komandaya kömək edə bilməyəcək”.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı