İdman
"Adidas" və "Puma" Banişevskiyə görə "müharibə" aparıb: İllər sonra üzə çıxdı
İngiltərədəki dünya çempionatı SSRİ milli komandasının tarixində ən uğurlu mundial olub. DÇ-1966-da Nikolay Morozovun rəhbərlik etdiyi komanda yarımfinala yüksəlib.
Sovet futbolçuları növbəti iki görüşdə əvvəlcə Almaniyaya (1:2), sonra isə Portuqaliyaya (1:2) uduzsalar da, turniri 4-cü sırada başa vurublar. İngiltərədəki uğurlu çıxışa görə SSRİ yığmasının futbolçuları mükafatlandırılıblar. Onlara “Volqa” avtomobili hədiyyə edilib.
Bu avtomobil SSRİ futbolçularına dünya çempionatında 3-cü yer tutacaqları halda vəd verilmişdi. Lakin ölkə rəhbərliyi 4-cü yeri də qənaətbəxş nəticə kimi hesab edib.
Qeyd edək ki, DÇ-1966-da çıxış edən SSRİ yığmasının əsas üzvlərindən biri də "Neftçi"nin futbolçusu Anatoli Banişevski idi. 20 yaşlı bakılı oğlan mundialdakı 6 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Banişevskinin üzvü olduğu əfsanəvi heyətin turnirdəki yeganə qazancı "Volqa" deyildi. Onlar uğura görə pul da qazanmışdılar. Komandanın yarımmüdafiəçisi Georgi Siçinava həmin rəqəmləri açıqlayıb. O, hər oyun üçün 500 dollar aldıqlarını bildirib. Yığma İngiltərədəki mundialda 6 oyun keçirib. Bu o deməkdir ki, futbolçulara 3 min dollar ödənilib.
Siçinavanın sözlərinə görə, bu, onların əsas gəlir mənbəyi olmayıb. İngiltərədə futbolçular reklamlardan böyük pullar qazanıblar. İdman avadanlığı istehsalçılarından biri də SSRİ milli komandasına yüksək məbləğ təklif edib:
“O vaxt "Puma" və "Adidas" arasında “müharibə” gedirdi. Hər bir şirkət üçün onun avadanlıqlarını geyən mümkün qədər çox oyunçunun olması lazım idi. Beləliklə, bir "Puma" nümayəndəsi Valeri Voronin ilə əlaqəyə keçdi. O, bu işdə bizim liderimiz idi və xarici dilləri bilirdi. Bildirdi ki, "Puma"nın butslarını geyən hər bir kəsə 10 min dollar verəcəklər. Voronin rəhbərliyi yığıb dedi: “Nə edəcəyik?”
Hər kəsin pula ehtiyacı vardı, ona görə də pulu almağa qərar verdik. Bir həftə keçir və "Adidas" nümayəndəsi Voroninlə əlaqə saxlayır. Amma məzənnə artır - onlar artıq 20 min dollar təklif edirlər. Voronin yenidən iclas keçirir, lakin bu dəfə fikirlər bölünür. Bəziləri dedi ki, birinci şirkətin pulu ikincini götürdükdən sonra geri qaytarılmalıdır. Xurtsilava ümumiyyətlə əməkdaşlıqdan imtina etdi. Mən ona dedim ki, “Xurtsi, hər ikisindən alaq. Bunu da etdilər”.
Hər iki şirkətin təklifini müsbət cavablandıran futbolçular vəziyyətdən necə çıxıblar? Siçinava buna da aydınlıq gətirib:
“Nikolay Petroviç Morozov əvvəlcə dedi ki, hər oyun bir firmanın butslarında oynayaq, sonra fikrini dəyişdi. Bir həftə keçdi, "Puma" və "Adidas" nümayəndələri eyni vaxtda məşqimizə gəldilər. Nə etməliydik? Tapdıq, hər ayağa fərqli butslar geydik, üst paltar da oxşar şəkildə. Bir şirkətdən köynək, digərindən gödəkçə. Şirkətlərin nümayəndələri bunu görüb güldülər. Bununla belə pulları geri tələb etmədilər”.
Nəticədə SSRİ futbolçularının İngiltərədəki qazancı ümumilikdə 33 min dollar və "Volqa" avtomobili olub.
Heybət
-
Rəsmi xronika14:07
Prezident bu qanunu təsdiqlədi
-
Hadisə14:03
“Bu gün qan içəcəm” deyib bıçaqla hücum etdi - Gəncədə şok hadisə
-
Dünya13:08
ABŞ-dan Türkiyəyə də təsir edəcək qərar: Bütün yolları bağladılar
-
Rəsmi xronika12:10
Prezident Surinamın dövlət başçısını təbrik etdi
-
Avropa11:40
Bu ölkə müharibəyə hazırlaşır: Bomba sığınacaqları artırılır
-
Sosial10:44
Hökumət hərəkətə keçdi: Kommunal borclar silinir - Kimlər faydalanacaq?
-
İdman09:44
Berdıyev "Turan Tovuz"u tərk etdi: Rəhbərliklə arasında nə baş verib?
-
Nida Xəbər 09:07
Rusiya səfirindən sülh müqaviləsi ilə bağlı vacib açıqlama: Moskva istəyir ki...