İdman
"Qarabağ" "Lion"a məğlub oldu - YENİLƏNDİ
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi “Lion”a məğlub olub.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub. 63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Torisso toru silkələyib. 68-ci dəqiqədə Korentin Tolisso meydan sahiblərinin qapısına yol tapıb. 80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib. Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi “Elfsborq”a qarşı keçirəcək.
23:31
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda beşinci qol vurulub.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.
87-ci dəqiqədə Juninyo penalti zərbəsini dəqiq yerinə yetirib.
xxx
23:19
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda dördüncü qol vurulub.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 4:0-a çatdırıb.
80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
xxx
23:20
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 3:0-a çatdırıb.
68-ci dəqiqədə Malik Fofana adını tabloya yazdırıb.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
xxx
23:07
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 2:0-a çatdırıb.
63-cü dəqiqədə Tolisso adını tabloya yazdırıb.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
xxx
22:20
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda irəli çıxıb.
15-ci dəqiqədə Jorj Mikautadze fərqlənib.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
xxx
21:55
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyunu start götürüb.
Publika.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki





































