İdman
O zədələndi: “Arsenal” gözünü 70 milyonluq hücumçuya dikdi
“Arsenal” “RB Leypziq”in hücumçusu Benjamin Şeşkonu almaq variantını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, 21 yaşlı futbolçunun transferinin London klubuna 70 milyon funt-sterlinqə (82 milyon avro) başa gələ biləcəyi bildirilir.
Bu barədə “The Sun” məlumat yayıb. Mənbənin məlumatına görə, “topçular”ın sloveniyalı futbolçuya olan marağı Qabriel Jezusun ciddi zədəsi fonunda artırıb. London klubunun Şeşkonu icarəyə götürmək imkanını da nəzərdən keçirdiyi vurğulanır.
Bu mövsüm Şeşko bütün yarışlarda 25 matçda iştirak edib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm




































