İdman
Legionerlər pul cəzasına görə Lənkəranı tərk edib?
“Xəzər Lənkəran”ın futbolçusu Qalin İvanov və Deyan Blajevski komandadan ayrı düşüb. Futbolçunun komandanın məşqlərinə qatılmamasının səbəbi bəlli deyil.
Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi Qalin İvanovun “itkin düşməsini” təsdiqlədi:
“Qalin İvanov və Dejan Blajevski dünənki məşqdə iştirak etməyib. Futbolçular oyuna 3 gün qalmış komandaya qoşulur. Hazırda biz onunla əlaqə yaratmağa çalışırıq. Zənglərimizə də cavab verilmir. Məsələni araşdıracağıq. Hüquqi cəhətdən nə tədbir lazım olsa, onu da görəcəyik. Hər kəs bilir ki, “Xəzər Lənkəran”da heç vaxt maddi problem olmayıb. Amma müəyyən gecikmələr ola bilər. Futbolçular öz maaşlarını alırlar.
Komandanın üzvlərinə bir neçə tur öncə pul cəzası verildi. Elə futbolçu da var ki, bu cəzanı qəbul edə bilmir. Hər bir futbolçu maaş, mükafat aldığı kimi, cəzaya da hazır olmalıdır. Bu, dünyanın hər yerində belədir.
Qalin İvanovun sırf nə üçün klubdan getməsinə gəldikdə isə, bununla bağlı məlumat verməyib. Özbaşına ölkəni tərk edib. Klubun rəhbərliyinə və ya idarə heyətinə nə rəsmi, nə də qeyri-rəsmi şəkildə heç bir səbəb göstərməyib”.
Aygün İlqarqızı
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI