İdman
AFFA-da fövqəladə iclas-(Yenilənib)- FOTOREPORTAJ
Bu gün AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, PFL prezidenti Ramin Musayevlə klubların baş məşqçiləri - Qurban Qurbanov (Qarabağ),
Böyükağa Hacıyev (Neftçi), Kaxaber Tsxadadze (İnter), Mustafa
Dənizli (Xəzər Lənkəran), Georgi Çixradze (Simurq), Vaqif Sadıqov
(AZAL), Güvenç Kurtar (Rəvan) və Aqil Məmmədov (Sumqayıt) arasında
görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə İcraiyyə
Komitəsinin Azərbaycan Premyer Liqasının 2014-2015-ci il mövüsümü
üçün legioner limiti ilə bağlı qəbul etdiyi qərarla bağlı məşqçilər
fikirlərini bildirib,
İK-nın martın 7-də keçiriləcək iclasında məsələyə bir daha baxılması barədə təkliflər səsləndirib, legioner limiti ilə bağlı müxtəlif variantlar müzakirə olunub.
Millinin baş məşqçisi Berti Foqts, həmçinin iclasda iştirak edən hər bir klub məşqçisi legioner limiti və ümumilikdə ölkə futbolunun inkişafı ilə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüblər.
***
Azərbaycan Premyer-Liqasında çıxış edən klubların baş məşqçilərini təcili olaraq AFFA-ya toplayıblar.
Publika.az xəbər verir ki, fövqəladə toplanışın məqsədi AFFA-nın növbəti konfransı öncəsi mühüm məsələlərdən biri ilə bağlı klubların mövqeyini öyrənməkdi.
Növbəti mövsümdən klublar heyətdə ən azı iki 21 yaşadək futbolçu oynatmalıdı. Amma bəzi elita təmsilçiləri bununla razılaşmır. Klublar 21 yaşa qədər futbolçu qıtlığını önə çəkib buna etiraz edirlər.
AFFA klubların çalışdırıcılarını fikrini öyrənmək istəyir ki, qarşıdan gələn konfransda hər kəsi razı salacaq qərar qəbul olunsun.
Müzakirələrdə yığmamızın baş məşçqisi Berti Foqts da iştirak edir.
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa “oynayır”?
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO