FİFA-nı hədələyirlər: Dünya çempionatının formatına görə
Bizi izləyin

İdman

FİFA-nı hədələyirlər: Dünya çempionatının formatına görə

İki təşkilat FİFA-nı 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının təşkili ilə bağlı hüquqi tədbirlərlə hədələyir.

Publika.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Bu təşkilatlar Fifpro (Beynəlxalq Futbolçular Assosiasiyası) və WLF-dir (Dünya Liqaları Forumu). Qeyd olunur ki, potensial iddiaya səbəb turnirin yeni formatı olub, buna görə yarış təqviminin həddən artıq yüklənməsidir.

Təşkilatlar bunun milli liqalara iqtisadi ziyan vura biləcəyindən, həmçinin oyunçular arasında zədə riskini artıra biləcəyindən ehtiyat edirlər.

Təşkilatlardan gələn məktubda FİFA başqalarının maraqları hesabına öz mənfəətini güdməkdə ittiham olunur. Həmçinin təqvimdəki dəyişikliyi müzakirə etmək tələb olunur. Bu baş verməsə, Fifpro və WLF məhkəməyə müraciət edəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm