İdman
İtaliyanın ən güclüsü «Napoli»dir - VİDEO
Qətərin paytaxtı Dohada keçirilən həlledici oyunda İtaliya Superkubokunun sahibi müəyyənləşib.
Publika.az xəbər verir ki, İtaliya çempionu «Yuventus» və İtaliya kubokunun sahibi «Napoli» arasında baş tutan final qarşılaşması olduqca dramatik alınıb.
Adətən, avqustda keçirilən İtaliya superkuboku uğrunda matç «Napoli»nin sıx oyun təqvimi üzündən daha münasib vaxta - ilin sonuna ertələnmişdi.
Dohanın «Əl-Sədd» arenasına toplaşanlar maraqlı oyunun şahidi oldular. Oyuna sürətli başlayan «Napoli» gözlənilmədən qapısında top gördü. Teves 5-ci dəqiqədə «Yuventus»u hesabda önə çıxartdı. Neapollular cavab qolu üçün 1 saat gözləməli oldu. Əsas vaxtda qalib müəyyənləşmədiyindən oyun əlavə vaxtda getdi. Burada da hərəyə bir qol vuran komandalar ümidini penaltilərə bağladı. «Lotereya» isə həqiqətən həyəcanlı oldu. Qapılara 18 zərbə vuruldu. Onlardan yeddisi hədəfə çatmadı. Daha soyuqqanlı davranan Rafael Benitesin yetirmələri superkuboka sahib çıxdı. «Napoli» sonuncu dəfə 24 il əvvəl - 1990-cı ildə bu sevinci yaşamışdı. Onda Maradona neapolluları qələbəyə daşımışdısa, bu dəfə İquayn səhnəyə çıxdı.
Oyunun qəhrəmanı argentinalı hücumçular oldu. Teves də İquayn kimi dubl etdi. Amma penalti seriyasında büdrəməsi Karlosun zəhmətini yerə vurdu. Bundan başqa, İquayn təkcə vurduğu qollarla yox, həmçinin oyun boyu fəallığı, fantastik ötürmələri ilə diqqət mərkəzindəidi. Onun canfəşanlığı olmasaydı, bəlkə də, kubok Turinə gedəcəkdi.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO