İdman
İbrahimoviç: “İlk beş yeri mən tutmalıydım”
İsveçin “Dagens Nyheter” qəzeti ölkədə bütün dövrlərin ən yaxşı idmançılarının siyahısını hazırlayıb.
Publika.az xəbər verir ki, sorğuda ilk yeri gözlənilmədən sabiq tennis ustası Byorn Borq tutub. O, 1973-1993-cü illərdə çıxış edib və karyerası ərzində 6 dəfə Fransa və 5 dəfə Uimbldon açıq çempionatının qalibi olub.
Bu seçim PSJ-nin futbolçusu Zlatan İbrahimoviçi təəccübləndirib. Qəzetin əməkdaşlarından birinin İbrahimoviçlə blits müsahibəsində isveçli forvard yenə özünü tərifləyib.
Dagens Nyheter: Zlatan, təbrik edirik. Siz İsveçin bütün dövrlərinin ən yaxşı idmançılarının siyahısında ikinci olmusuz.
İbrahimoviç: Təşəkkür edirəm. Amma mənə görə ikinci yerlə sonuncunun heç bir fərqi yoxdu.
Dagens Nyheter: Siyahını siz tərtib etsəydiniz, kimi qalib seçərdiniz?
İbrahimoviç: Başqalarına hörmətsizlik olmasın, amma mən bu siyahıda birinci, ikinci, üçüncü, dördüncü və beşinci yerdə ancaq özümü görürəm.
33 yaşlı futbolçu indiyədək 9 dəfə İsveçin ən yaxşı futbolçusu seçilib.
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI