İdman
UEFA klublarımızın büdcəsini zənginləşdirdi
2013/14 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmiş müəyyən klublar UEFA-nın Maliyyə Fair Play (Financial Fair Play) qaydalarına əməl etmədikləri üçün cərimələniblər.
Publika.az xəbər verir ki, həmin məbləğ qeyd olunmuş klubların UEFA-nın klub yarışlarında iştirakına görə UEFA-dan alınacaq məbləğdən tutulub.
UEFA-nın İcraiyyə Komitəsinin 18 sentyabr 2014-cü il tarixli qərarına əsasən, həmin vəsait qeyd olunmuş mövsümdə UEFA-nın klub yarışlarında çıxış etmiş və qaydaları pozmamış klublar arasında bölünüb.
UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş hər klub 261.520 avro, təsnifat mərhələsində çıxış etmiş hər klub 30.790 avro alacaq. Bu məbləğlər UEFA tərəfindən futbol federasiyaları vasitəsilə borcu olmayan müvafiq klublara göndərilir.
2013/14 mövsümündə UEFA-nın klub yarışlarının təsnifat mərhələsində Azərbaycanı təmsil etmiş "Qarabağ", "İnter", "Neftçi" və "Xəzər Lənkəran"ın hesabına 30.790 avro keçirilib.
-
Magazin121:12
Nəzrinin bal ayı belə geçir - FOTO
-
Hadisə21:00
Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: 4-cü kurs tələbəsi...
-
Səhiyyə20:12
Arıqlamaq üçün İNQİLABİ DƏRMAN - Oral forması da sınaqdan keçirildi
-
Magazin219:40
Məşhur serial ulduzu 59 yaşında vəfat etdi - FOTO
-
Sosial19:24
Qadınların şəklini çəkib "TikTok"da yayan şəxs SAXLANILDI - FOTO
-
Sosial19:00
Kəmaləddin Heydərov bu xanıma VƏZİFƏ VERDİ - FOTO
-
ABŞ17:46
Tramp prezident olsa, Maskı müşavir edəcək - İDDİA
-
Dünya16:51
Zelenski ABŞ-a yaxın olan məmurları qovdu: Kiyevdə nə baş verir?