Futbolçularımız Antaliyaya gedir
Bizi izləyin

İdman

Futbolçularımız Antaliyaya gedir

Yanvarın 10-dan 24-dək Türkiyənin Antalya şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Publika.az AFFA-ya istinadən xəbər verir ki, toplanışa Kamran İbrahimov, Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Sahib Cümşüdov, Ərziman Rizvanov (hər ikisi “Sumqayıt”), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər-Lənkəran”), Məmməd Hüseynov, Süleyman Əhmədov, Nemət Məmmədrəhimov (hamısı “Qarabağ”), Nadir Qasımov, Ceyhun Muxtarlı (hər ikisi “İnter”), Abbas Ağazadə, Məhərrəm Hacıyev (hər ikisi “Turan”), İlham Rəhimov, Tural Əjdərli, Aqşın Hüseynov, Cavidan Qasımlı, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Emin Səfixanov (“Metallurq Donetsk”, Ukrayna), Samir Əliyev (“Bakı”) və Ricat Qarayev (“Əlincə”) dəvət olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm