Avtomobil qəzasında dünyasını dəyişən FİFA referimiz torpağa tapşırıldı
Bizi izləyin

İdman

Avtomobil qəzasında dünyasını dəyişən FİFA referimiz torpağa tapşırıldı

Bu gün günorta saatlarında ağır yol qəzası nəticəsində azərbaycanlı FİFA referisi Xəlil Hüseynli dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib. O bildirib ki, 29 yaşlı hakim bu gün avtomobil qəzasında həlak olub.

Futzal üzrə FİFA referisi olan Hüseynli bu gün səhər 11:00-12:00 radələrində Zabrat yolunda ağır qəza keçirib. Nəticədə 29 yaşlı hakim faciəvi şəkildə dünyasını dəyişib, idarə etdiyi VAZ 2106 markalı avtomobil isə tamamilə yararsız hala düşüb.

Acı xəbərdən sarsıldığını deyən Xaqani bəy az əvvəl Publika.az-a açıqlamasında mərhumun torpağa tapşırıldığını bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm