Milli komandamızın oyunçusu özünə afrikalı sevgili tapıb - FOTOLAR
Bizi izləyin

İdman

Milli komandamızın oyunçusu özünə afrikalı sevgili tapıb - FOTOLAR

Qadın voleybolçulardan ibarət millimizin üzvü Polina Rəhimova özünə yeni sevgili tapıb.

Publika.az хəbər verir ki, hazırda Cənubi Koreyanın “Hyundai” klubunda çıxış edən xanım idmançımızın Kamerun millisinin voleybolçusu Zonzon Olivye ilə münasibətləri var. Poli özü də bu münasibəti gizlətmir. O, sevgilisi ilə fotolarını sosial şəbəkədə paylaşıb. Polina şəkillərinə “My present life” (mənim hazırkı həyatım) açıqlamasını yazıb.

Zonzon Olivye “Əl-Şabab” klubunda çıхış edir. O, Cənubi Koreyaya yollanaraq Polinanın oyunlarını izləyib.

Xatırladaq ki, Polina bundan əvvəl bolqarıstanlı Peter Şopovla nişanlı olub.

Məlumat üçün bildirək ki, xanım voleybolçunun boyu 198 sm-dir. O, ölkəmizdə “Nəqliyyatçı” (2005–2007), “Azərreyl Bakı” (2007–2013), “Azəryol Bakı” (2013-2014) kimi klublarda oynayıb. 2014-cü ildən isə “Hyunday”ın formasını geyinir.

Zonzon Olivye isə 200 sm boya malikdir. O, Polinadan 3 yaş böyükdür - 1987-ci il təvəllüdlüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm