Şahzadə FİFA-nın prezidenti olmaq istəyir
Bizi izləyin

İdman

Şahzadə FİFA-nın prezidenti olmaq istəyir

İordaniya şahzadəsi Əli Bin əl-Hüseyn 2015-ci ildə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.

Publika.az-ın məlumatına görə, Əli Bin Əl-Hüseyn hazırda FİFA-nın vitse-prezidenti vəzifəsində çalışır, İordaniya və Qərbi Asiya futbol federasiyalarının başçısıdır.

İordaniya şahzadəsi hesab edir ki, ictimaiyyətin diqqətini son qalmaqallardan yayındırıb yenidən idmana yönəltməyin vaxtı çatıb. "Bu, asan qərar olmayıb. Mən bu qərarı əsaslı şəkildə düşündükdən və FİFA-dakı nüfuzlu həmkarlarımla çoxsaylı müzakirələrdən sonra qəbul etmişəm”, - şahzadə deyib.

FİFA-nın prezidenti seçkiləri 2015-ci ilin mayında keçiriləcək. FİFA-nın hazırkı prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Şampan da bu vəzifəyə namizəddirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm